BİSMİLLAHİR RƏHMANİR RƏHİM ORUC NӘDİR?
Hәddi-büluğa çatmış hәr bir müsәlman, mübarәk Ramazan ayında Allahın fәrmanını yerinә yetirmәk üçün, sübh azanından mәğrib azanına qәdәr, özünü yemәk, içmәk vә s. sair işlәrdәn saxlamalıdır. Bu isə müqəddəs şəriətdə oruc adlanır. ORUCUN FӘLSӘFӘSİ VӘ FAYDALARI Bu haqda aşağıdakıları qeyd etmək olar:
1. Pәrhizkar vә tәqvalı olmaq; Allah-taala müqəddəs Qur`anda buyurur: «Ey iman gәtirәnlәr! Pәrhizkar olasız deyә, sizdәn qabaqkılara vacib edildiyi kimi, sizә dә oruc (tutmaq) vacib oldu». (Bәqәrә surәsi /183)
2. Tәrbiyә va әxlaqın saflaşması; hәzrәt Әmirәl-mö'minin İmam Әli (әlәyhis-salam) buyurur: «Allah-taala insanların düzgün tәrbiyә olunması üçün, orucu vacib etmişdir».
3. İbrәt almaq; Orucun vacib olma sәbәblәrindәn biri dә ona görәdir ki, yoxsul vә varlılar arasında bәrabәrlik yaransın vә (oruc tutmuş) varlı şәxs, aclığın tә'sirini görüb, yoxsulların haqqını tapdalamaqdan çәkinsin.
4. Sağlamlıq; hәzrәt Məhәmmәd (sәllәllahu әlәyhi vә Alihi vә sәllәm) buyurur: «Oruc tutmaqla sağlamlıfınızı tә'min edin».
ORUCUN ŞӘRTLӘRİ
Oruc tutmağın şərtləri aşağıdakılardan ibarətdir:
1. hәddi-büluğa çatmaq; hәddi-büluğa çatmağın isә üç әlamәti vardır: Birinci: Qәmәri tarixi ilә oğlanın 15, qızın isә 9 yaşa çatması; İkinci: Cinsiyyәt üzvlәrinin әtrafında qalın tüklәrin bitmәsi; Üçüncü: Hәr hansı bir halda insandan spermanın xaric olması.
2. Oruc tutmaq, xәstә insan üçün zәrәrli olmamalı vә ya xәstәliyin iddәtlәnmәsinә sәbәb olmamalıdır;
3. Oruc tutan şәxs, zöhrdәn qabaq sәfәrә getmәmәlidir; Qeyd etmәk lazımdır ki, qәmәri tarixi ilә Ramazan ayının birindәn sonunadәk yuxarıdakı şәrtlәrә riayәt etmәklә, oruc tutmaq hәr bir müsәlmana vacib sayılır.
ORUCU BATİL EDӘN AMİLLƏR
Orucu batil edən amillər aşağıdakılardan ibarətdir:
1. Yemәk;
2. İçmәk;
3. Cinsi әlaqә;
4. İstimna (spermanın xaric olmasına sәbәb olan hәr hansı bir iş);
5. Qəliz tozu udmaq;
6. Allah, Peyğәmbәr vә İmamların adından yalan söz demәk;
7. Sübh azanınadәk bilәrәkdәn cәnabәt, heyz vә ya nifas halında qalıb, qüsl etmәmәk;
8. Başı tamamilә suya batırmaq;
9. Maye şeylәrlә imalә etmәk;
10. Qusmaq;
BİR NEÇӘ MӘSӘLӘ
Birinci məsələ: Oruc tutan şәxs bilәrәkdәn yemәk, içmәk vә s. işlәri görәrsә, orucu batil olar vә belә bir şәxs, Ramazan ayından sonra orucunun qәzasını tutmaqla yanaşı, kәffarә dә vermәlidir.
İkinci məsələ: Kәffarә üçün Allah yolunda bir qul azad etmәli, ya iki ay oruc tutmalı, yaxud da altımış yoxsulu doyuzdurmaq lazımdır. Әgәr bu işlәri yerinә yetirmәkdә aciz olsa, Allahdan bağışlanmaq istәsin, imkanı olan halda isə kәffarәni yerinә yetirməlidir.
Üçüncü məsələ: Ramazan ayında sәfәrdә olan şәxs, bilәrәkdәn özünü qusduran, Ramazan ayı gecәsindә cәnabәtli halda iki dәfә yuxudan ayılıb, sonra yataraq üçüncü dәfә sübh azanından sonra yuxudan ayılan, Ramazan ayında sәhvәn cәnabәtli halda oruc tutan, hәmçinin sәrinlәnmәk üçün suyu ağzında dolandırarkәn onu udan şәxslәr bu aydan sonra yalnız orucun qәzasını tutmalıdırlar.
Dördüncü məsələ: Ac-susuz qalmağın özünә vә yaxud körpәsinә zәrәri olan hamilә qadına oruc tutmaq vacib deyil.
Beşinci məsələ: Oruc tutan şәxs, öz mәsәlәsini öyrәnmәk üçün imkanlı olduğu halda orucunu batil edәrsә, vacib ehtiyata görә kәffarә vermәlidir.
Orucun hökmlәri barәdә әtrağlı mә`lumat üçün şəriət hökmlərindən ibarət risalәlәrә baxa bilәrsiniz.