Суббота, 2024-05-18, 9:44 PM
Приветствую Вас Гость | RSS
Baş səhifə | ZƏKAT - Ислам Форум | Регистрация | Вход
[ Şəxsi məlumatlar() · Yeni İsmarıclar · Qeydiyyatşılar · Qaydalar · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Ислам Форум » Vacibat » Zekat » ZƏKAT (Zəkatın hökümləri)
ZƏKAT
ahlibeytДата: Среда, 2008-11-26, 7:47 AM | Сообщение # 1

Admin
Группа: Администраторы
Сообщений: 60
Репутация: 0
Статус: Offline
BİSMİLLSHİR RƏHMANİR RƏHİM

QUR`AN ZƏKAT BARƏSİNDƏ

1. Maidə surəsi, 12-ci ayə

“...Allah buyurmuşdur: Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz, Allaha gözəl bir borc versəniz, əlbəttə günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Lakin bundan sonra sizdən hər kəs küfr edərsə, o, artıq doğru yoldan azmış olar!”

2. Ə`raf surəsi, 156-cı ayə

“Allah buyurdu: İstədiyimi əzaba düçar edərəm. Mərhəmətim hər şeyi əhatə etmişdir. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam!”

3. Tövbə surəsi, 34, 35-ci ayələr

“Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! O gün (Qiyamət günü) yığdıqları qızıl-gümüş Cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacıq (və onlara): Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınızı (əzabını, acısını) dadın! – deyiləcəkdir!”

4. Tövbə surəsi, 71-ci ayə

“Mö`min kişilərlə mö`min qadınlar bir-birinə dost, həyandırlar. Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət və hikmət sahibidir!”

5. Mu`minun surəsi, 1,2,3,4-cü ayələr

“Həqiqətən, mö`minlər nicat tapmışlar. O kəslər ki, namazlarında müti olub (yalnız Allaha) boyun əyərlər!

O kəslər ki, lağlağıdan, lüzumsuz şeylərdən üz döndərərlər.

O kəslər ki, zəkat verərlər.”

6. Nur surəsi, 37-ci ayə

“O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən (Qiyamət günündən) qorxarlar.”

7. Nur surəsi, 56-cı ayə

“Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, bəlkə sizə rəhm olunsun!”

8. Loğman surəsi, 4-cü ayə

“O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar.”

9. Tövbə surəsi, 60-cı ayə

“Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir vacib əməl olaraq ancaq yoxsullara, miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isnişib bağlanmaqda olanlara, azad ediləcək kölələrə, həmçinin (börcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və (pulu qurtardığı üçün yolda qalan) yolçulara məxsusdur. Allah hər şeyi biləndir və hikmət sahibidir!”

ZƏKAT RƏVAYƏTLƏRDƏ

Qeyd olunan Qur`an ayələrindən əlavə yüzlərlə rəvayətlərdə zəkatın verilməsinə tə`kid olunmuş və onun şər`i vəzifə kimi (şəraiti olan) hər bir müsəlmana vacib olması bildirilmişdir. Əlbəttə, oxuduğumuz Qur`an ayləri tam aydınlığı ilə zəkatın vacib olmasına dəlalət edir. Amma Mə`sumların (ələyhimussalam) kəlamından bu barədə eşitmək məsələni daha da aydınlaşdırar. Ona görə də bu mövzuda bir neçə rəvayətə işarə etmək istərdik.

Əmirəl-möminin Əli (ələyhissalam) bu barədə “Nəhcül-Bəlağədə” buyurur:

“Namaz və zəkat, müsəlmanların Allaha yaxın olmasından ötrü vəsilə qərar verilmişdir. Hər kim bu əməlləri öz meyli, rəğbəti ilə və səmimi qəlbdən əncam versə, bu ondan ötrü günahlarının kəffarəsi və Cəhənnəm atəşinin müqabilindkə maneəsi hesab olunar. Hər kim onu (zəkatı) verirsə, yaddan çıxarmalı və bu əməli özünə görə qəm və zərər hesab etməməlidir. (Çünki, bu əməl sırf xeyirdən başqa bir şey deyildir və tezliklə bir neçə qat savabına çatacaq). Lakin hər kim onu meyilsizliklə edə İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) qanunlarına cahildir.”

Yenə də Əli (ələyhissalam) öz oğlanlarına və əhli-beytinə vəsiyyətində buyurur:

“Bütün övladlarımı, əhli-beytimi və mö`minləri Allahdan qorxmağa çağırıram. Əzizlərim! Allah! Allah! Zəkata çox əhəmiyyət verin! Çünki, zəkat Allahın qəzəbini soyudur!”

HANSI ŞEYLƏRƏ ZƏKAT DÜŞÜR?

Zəkat məsələsi xumsdan daha aydın və dəqiqdir. Zəkatın vacib olmasının bir neçə şərtləri vardır. Əvvəlcə hansı şeylərə zəkat düşür. Aşağıdakı doqquz şeyə zəkat düşür:

1. Buğda;

2. Arpa;

3. Xurma;

4. Kişmiş;

5. Qızıl;

6. Gümüş;

7. Dəvə;

8. İnək;

9. Qoyun;

Zəkatın vacib olmasının şərtləri vardır ki, aşağıdakılardır:

1. Mal sonradan deyiləcək miqdar həddinə çatsın;

2. Malik həddi-büluğa çatsın;

3. Malik öz malından istifadə edə bilsin;

Qeyd etmək lazımdır ki, hər bir malın zəkatının özünün xüsusi vaxtı vardır. Xumsda olduğu kimi, əgər bir şey müəyyən miqdara çatdıqda zəkatı verilirsə, ikinci müəyyən olunmuş həddə çatmayınca o malın zəkatı yoxdur. Yalnız ikinci və sair deyilmiş olacaq miqdarlara çatdıqda malların yenidən zəkatları vacib olur. İndi də hər bir malın özünəməxsus zəkat hesabını aydınlıqla nəzərdən keçirək. Bu hesabların hər birinə çatdıqda malının zəkatını çıxarmaq hər bir müsəlmana vacibdir. Lakin malın zəkatını nə qədər olmasına gəlincə, hər bir malın özünəməxsus zəkat miqdarı vardır.

BUĞDA, ARPA, XURMA VƏ KİŞMİŞİN ZƏKATI

Bu məsələni araşdırmazdan əvvəl onu qeyd etmək lazımdır ki, hər kim bu məhsullardan birinin əkini ilə məşğul olsa ona zəkat düşür. Bundan əlavə, bu məhsulların zəkatlarını çıxarmazdan əvvəl onun bütün çəkilən xərclərini əvvəldən axıra qədər ələ gələn məhsulun əslindən çıxırlar və yerdə qalan məhsul, əgər qeyd ediləcək miqdara çatarsa onun zəkatı vacib olur.

“Beləliklə, bütün bu hesablamalardan sonra əgər yerdə qalan bu dörd məhsulun miqdarı 850 kq-a çatsa (daha dəqiq desək, 847 kq) onun zəkatı çıxarılmalıdır”

Lakin bir sual qalır. O da budur ki, çıxarılan zəkatın miqdarı nə qədər olmalıdır? Bu sualın cavabı bu məhsulların necə suvarılmasından asılıdır. O da aşağıdakı üç qisim qanundan ibarətdir:

Birinci yol:

“Əgər bu məhsulların suvarılması çay suyu və ya yağış suyu ilə olmuşsa, onda qeyd olunan miqdar məhsuldan (yə`ni, 850 kq-dan) onda bir hissəsi zəkat niyyəti ilə çıxarılmalıdır. Yə`ni, məhsulun ən az miqdarı 850 kq və ya ondan nə qədər çox olarsa, zəkatı çıxararkən hər 850 kq-ın onda birini zəkat niyyəti ilə ayıracaq.”

İkinci yol:

“Əgər adları çəkilən məhsullar vedrə və ya su motorları ilə suvarılarsa, onda məhsulun adı çəkilən miqdarının (yə`ni, 850 kq-ın) iyirmidə bir hissəsi zəkat niyyəti ilə çıxarılacaq. Məsələn, əgər xərclərdən başqa ələ gələn məhsulun çəkisi on ton buğdadırsa və bu məhsul su motoru ilə suvarılmışsa, onun zəkatını çıxardıqda, hər 850 kq buğdanın iyirmidə biri zəkat niyyəti ilə məhsuldan ayrılacaqdır.”

Üçüncü yol:

“Əgər ələ gələn xalis məhsulun suvarılması həm su motorları və həm də yağış və çay suyu ilə suvarılıbsa, onda bütün zəkata düşən məhsul iki yerə ayrılacaq. Yarısının onda bir hissəsi, digər yarısının da iyirmidə bir hissəsi zəkat niyyəti ilə ayrılacaq. Məsələn, fərz olunsa ki, mənim on ton zəkata düşən məhsulum var. Bu zaman bu məhsulu iki qismə ayıracağam. Yə`ni, beş tonun zəkatını hər 850 kq-ın onda birini, o biri beş tonun isə hər 850 kq-ın məhsulun iyirmidə bir hissəsini zəkat niyyəti ilə ayıracağam. Bu minvalla məhsul nə qədər çox olsa, həmin yolla da zəkat hesablanılır.”

QIZILIN ZƏKATI

Qızılın da zəkatı iki mərhələdə vacib olur. Bundan əlavə, qızıl və gümüş bəhsində bir neçə şeyi qeyd etmək zəruridir. Əvvəla gümüş və qızıl əgər müəyyən olanmuş miqdara çatarsa, hər ildə zəkat düşür. İkincisi, o qızıl və gümüşə zəkat düşür ki, üzərində möhrü olsun və onunla ticarət etmək mümkün olsun. Əgər qızıl və ya gümüşün möhrü aradan getsə və ya pozulsa, onlara zəkat düşmür. İndi də onların zəkatlarının hesablama yollarını nəzərdən keçirək:

Birinci: “Əgər bir nəfərin qızılı iyirmi şər`i misqala çatarsa (hər misqal 18 qızıl noxuddur) onda onun qırxda birini, yə`ni, iyirmi misqal qızılın qırxda birini zəkat niyyəti ilə ayırmalıdır. O da doqquz qızıl noxud edir.”

İkinci: İkinci dəfə, əgər həmin iyirmi misqal qızıla dörd şər`i misqal qızıl əlavə olarsa, onda birlikdə qırxda bir hissəsi zəkat niyyəti ilə çıxarılmalıdır. Bu minvalla yalnız, hər dörd misqal artdıqca bütövlükdə qızılın zəkatı çıxarılır. Əks təqdirdə , yəni, məsələn üç misqal artsa, yenə həmin köhnə miqdarın zəkatı çıxarılmalıdır.

GÜMÜŞÜN ZƏKATI

Birinci: “Əgər birinin gümüşünün sayı 105 adi misqala çatarsa, onda onun qırxda birini zəkat niyyəti ilə verməlidir.”

İkinci: Əgər 105 misqala 21 misqal gümüş əlavə olunarsa onda ilin axırında bütün 126 misqal gümüşün qırxda bir hissəsini zəkat niyyəti ilə ayıracaqdır.”

İNƏYİN ZƏKATI

Ümumiyyətlə, heyvanların zəkatı onların sayının artması ilədir və hər sayın özünəməxsus zəkat miqdarı vardır. Heyvanların zəkatlarında bir neçə mətləbi qeyd etmək zəruridir. İnək, qoyun və dəvə aşağıdakı iki şərtlə zəkata düşürlər:

1. Həmin heyvanlar bütün il boyu işsiz olsunlar. Yə`ni, onlardan iş üçün istifadə olunmasın.

2. Bütün il boyu çöl otlarından yesinlər. Əgər ilin arasında biçilmiş otlardan yesələr onlara zəkat düşmür.

Beləliklə, inəyin iki həddə zəkatı vardır:

Birinci: “İnəklərin sayı əvvəlcə deyilmiş şərtlərlə otuza çatarsa, onun zəkatı iki yaşına daxil olmuş bir danadır.”

İkinci: “Əgər inəklərin sayı ikinci dəfə qırxa çatarsa, onda onun zəkatı üç yaşına daxil olmuş bir dişi danadır. Otuzla qırx arasında zəkat yoxdur. Lakin hər vaxt otuz inək əlavə oldu, yə`ni, inəklərin sayı altmışa çatdısa, onda əvvəlki hesabla zəkatı verilir. Yə`ni, iki baş iki yaşına daxil olmuş dana verilir. Bu minvalla inəklərin sayı artdıqca, danaların da sayı artır.

Bir şeyi də qeyd etmək lazımdır ki, bu qismətdə camış da inək kimidir.

QOYUNUN ZƏKATI

Qoyunun da başqa heyvanlar kimi özünəməxsus zəkat miqdarı vardır. Ümumi olaraq qoyunun beş zəkat miqdarı vardır:

1. 40 baş qoyunun bir qoyun zəkatı vardır;

2. 121 baş qoyunun iki baş qoyun zəkatı vardır;

3. 201 baş qoyunun üç baş qoyun zəkatı vardır;

4. 301 baş qoyunun dörd baş qoyun zəkatı vardır;

5. 400 baş qoyun və ondan artıq olanlar yüz-yüz hesab olunacaqdır; yə`ni, hər yüz baş qoyuna bir baş qoyun zəkatı düşür.

DƏVƏNİN ZƏKATI

Dəvənin on iki mərhələdə zəkatı vacib olur. Onlar aşağıdakılardır:

1. 5 dəvə zəkatı bir baş qoyundur;

2. 10 dəvə zəkatı iki baş qoyundur;

3. 15 dəvə zəkatı üç baş qoyundur;

4. 20 dəvə zəkatı dörd baş qoyundur;

5. 25 dəvə zəkatı beş baş qoyundur;

6. 26 dəvənin zəkatı iki yaşına daxil olmuş bir baş dəvədir;

7. 36 dəvənin zəkatı üç yaşına daxil olmuş bir dəvədir;

8. 46 dəvənin zəkatı dörd yaşına daxil olmuş bir dəvədir;

9. 61 dəvənin zəkatı beş yaşına daxil olmuş bir dəvədir;

10. 76 dəvənin zəkatı üç yaşına daxil olmuş iki dəvədi;

11. 91 dəvənin zəkatı dörd yaşına daxil olmuş iki dəvədir;

12. 121 dəvə və ondan yuxarı dəvələr üçün hər qırx dəvəyə üç yaşına daxil olmuş bir dəvə zəkat verilir;

Zəkat da çıxarılarkən niyyət yalnız Allaha xatir olmalıdar. Həmçinin, diqqət olunmalıdır ki, zəkat öz sahiblərinə yetişsin.

ZƏKATIN MƏSRƏF OLUNMA YERLƏRİ

Xumsdan fərqli olaraq, hər bir müsəlman müstəqil şəkildə zəkatı aşağıdakı yerlərdə sərf edə bilər:

1. Fəqirlər. O fəqirlər ki, ailəsinin illik xərcini tə`min edə bilmirlər. Məsələn, tələbə və sair...

2. Miskinlər;

3. Zəkat yığanlar;

4. İslama tərəf meyli olan kafirlər və ya zəif imanlı müsəlmanlar;

5. Qulların azad edilməsi;

6. Allah yolunda. Məsələn, məscid, yol, məktəb və ümumiyyətlə müsəlmanların xeyrinə olan yerlərdə;

7. Pulu yolda qurtarıb qalan müsəlman;

8. Öz borcunu verə bilməyən borclu müsəlmanlar; (Bu şərtlə ki, borcu günah iş üçün olmasın).




Belke sen yaddan cixarmisan, unudmusan, qiyamet
Tovbe ele, qayit yola, itirersen axireti.
 
İravaniДата: Среда, 2008-11-26, 11:41 AM | Сообщение # 2

Рядовой
Группа: Проверенные
Сообщений: 14
Репутация: 0
Статус: Offline
Fitrə zəkatı Mübarək Ramazan ayının vacibi əməllərindəndir. Fitrə zəkatı ilə bağlı məqalələ..

Прикрепления: zekat.doc (43.0 Kb)


Bismillahir Rəhmanir Rəhim
Şükürlər olsun aləmlərin Rəbbinə, Allahın salavat və salamı olsun peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədə və onun pak Əhli-beytinə!


Сообщение отредактировал İravani - Среда, 2008-11-26, 11:42 AM
 
Ислам Форум » Vacibat » Zekat » ZƏKAT (Zəkatın hökümləri)
  • Страница 1 из 1
  • 1
Поиск:

Copyright MyCorp © 2024