Суббота, 2024-05-18, 11:17 PM
Приветствую Вас Гость | RSS
Baş səhifə | XUMS - Ислам Форум | Регистрация | Вход
[ Şəxsi məlumatlar() · Yeni İsmarıclar · Qeydiyyatşılar · Qaydalar · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Ислам Форум » Vacibat » Xums » XUMS (Xums nədir?)
XUMS
ahlibeytДата: Среда, 2008-11-26, 7:36 AM | Сообщение # 1

Admin
Группа: Администраторы
Сообщений: 60
Репутация: 0
Статус: Offline
BİSMİLLAHİR RƏHMANİR RƏHİM

XUMS SÖZÜNÜN LÜĞƏTDƏ VƏ İSTİLAHDA MƏ`NASI

“Xums” ərəb sözü olub, əsl mə`nası “bir şeyin beşdən biri” deməkdir.

Lakin xums sözü şəriət terminində hansı mə`nada işlədilir? Doğrusu müsəlmanların çoxu bu vacib İlahi verginin əsl mə`nasını hələ də yaxşı başa düşməmişlər. Elə bu səbəbdəndir ki, bu gün ölkəmizdə çoxlarından “xums” barəsində soruşulduqda bu barədə doğru-düzgün izah verə bilmirlər. Görəsən bu işin səbəbi nədir ki, füruid-dindən biri olan xums məsələsini hələ də dərk etmir və bu vacib məsələyə e`tinasız yanaşırıq?

Sualın cavabı çoxlarına aydındır. Bu da yetmiş il ərzində müsəlmanlara hakimiyyət etmiş mənfur kommunist rejiminin siyasətinin nəticəsidir. Bu rejim müqəddəs İslam dininin köklərini aradan aparmasa da bir çox vacib e`tiqadları bizə unutdurmağa nail olmuşdur. Onlardan biri də xums-zəkat məsələsidir. O vaxt müsəlman dedikdə, yalnız namaz qılıb oruc tutan şəxs nəzərdə canlanırdı. Xums və zəkat kimi vacib dini vergilərin isə yalnız adları zehnimizdə qalmış idi. İndi isə artıq müqəddəs İslam dini ilə yaxından tanış olmağın və onun göstərişlərinə səmimi qəlbdən əməl etməyin vaxtı gəlib çatmışdır. Bu göstərişlərin bir qismi İslamda vergi məsələsidir. Bilmək lazımdır ki, müsəlmanlar arasında xums və zəkatın vacib olması barəsində heç bir ixtilaf yoxdur. Belə ki, heç bir şübhə olmadan bütün müsəlmanlar qəbul edirlər ki, xums və zəkat müəyyən şəraitlə hər bir müsəlmana vacibdir. Biz sonrakı bəhslərimizdə bu məsələnin dəlilləri ilə yaxından tanış olacağıq.

Şəriətdə “xums”, müsəlmanın müəyyən şəraitlə bə`zi mallarının beşdə bir hissəsini ayırıb müstəhəqqinə (xums sahibinə) verməsidir.

QUR`ANİ-KƏRİMDƏ XUMS HAQINDA NAZİL OLAN AYƏLƏR

Müqəddəs Qur`ani-Kərim, İslam dininin Qiyamətə qədər olan bütün qanunlarını ümumi şəkildə bizə bəyan etmişdir. Bu qanunların incəlikləri isə zaman keçdikcə, əvvəlcə Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm), daha sonra isə mə`sum İmamlarımız (ələyhissalam) vasitəsilə müsəlmanlara açıqlanmışdır.

Xums haqqında Qur`ani-Kərimdə üç ayə nazil olmuşdur. Onlardan birində “xums” sözü aşkar surətdə qeyd olunmuş, digərində ona “haqq” ünvanı ilə işarə edilmiş və nəhayət, üçüncüsündə ondan “ənfal” ünvanı ilə ad aparılmışdır. İndi də o ayələri nəzərdən keçirək:

Birinci ayə: Ənfal surəsi, 41-ci ayə;

“(Ey mö`minlər! Əgər siz Allaha və haqla batilin ayrıd edildiyi gün..... nazil etdiyimiz ayələrə iman gətirmisinizsə, bilin ki, ələ gətirdiyiniz (qazandığınız) hər hansı bir qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrabasının (Əhlul-beytin), yetimlərin, yoxsulların və yolçularındır!”[5]

Ayədəki “beşdə bir” sözü həmin ərəbcə işlətdiyimiz “xums” sözünün türkcə mə`nasıdır. Bu ayə xums barəsində ən aşkar və aydın şəkildə nazil olan ayədir. Ayənin nazil olma səbəbi də həmin məsələ ilə bağlı olduğundan, onun xumsun vacib olmasına dəlalət etməsində müsəlmanlar arasında heç bir ixtilaf yoxdur.

Ayədən mə`lum olduğu kimi, xums Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) və onun Əhli-beytinindir (yə`ni, Mə`sumların (ələyhimussalam)). Bundan əlavə, xumsun bir qismi də yetim, yoxsul və yolda pulsuz qalmış seyyidlərə (peyğəmbər övladlarına) çatır. Beləliklə, xums iki qismə bölünür:

Əvvəl: İmamların (ələyhissalam) səhmi.

Xumsun bu qisməti ya İmamın özünə verilməli, ya da o Həzrət qeybdə olan zaman bütün şəraitə malik olan müctehidə və ya onun səlahiyyətli nümayəndələrinə çatdırılmalıdır. O da öz dini elmi əsasında imam malını İmamın (ələyhissalam) razı olduğu yerlərdə, o cümlədən, dini tələbələrə, məscid tikilməsinə, yol çəkilməsinə, dini mədrəsələrin tikilməsi və sair yerlərə sərf etməlidir.

İkinci: Fəqir, yetim və yolda pulu qurtarıb qalmış seyyidlərin səhmi.

Xumsu iki yerə böldükdən sonra ikinci qismətini belə şəxslərə çatdırmaq lazımdır. Fəqihlərin nəzərinə əsasən, belə şəxslərə verilən xums, ehtiyata görə bütün şəraitə malik olan müctehidin icazəsi ilə olmalıdır. Yə`ni, hər bir müsəlman öz xumsunu vermək istədikdə ya müctehidin özünə, ya da onun nümayəndəsinə verməlidir. Belə olan halda müsəlman arxayın ola bilər ki, verdiyi xums Allah dediyi yolda xərclənmişdir. Onu da əlavə etmək lazımdır ki, xums verilərkən niyyət yalnız Allaha xatir olmalıdır. Niyyət xalis olmasa, verilən xums hələ qəbul deyildir. Çünki xums verməyin özü ibadət sayılır və ibadətdə yalnız Allah nəzərdə tutulmalıdır.

İkinci ayə: İsra surəsi 26-cı ayə

“Qohum-əqrəbaya, miskinə, (pulu qurtarıb yolda qalan) müsafirlərə də haqqını ver.”
Təfsirçilərin nəzərinə görə “Qohum-əqrəbadan” məqsəd Mə`sumlar (ələyhissalam), miskin və müsafirlərdən isə məqsəd seyyidlərdir.

Üçüncü ayə: Ənfal surəsi, 1-ci ayə

“(Ya Peyğəmbər!) Səndən qənimətlər (onların kimə çatması) haqqında soruşurlar. De ki: Qənimətlər Allahın və Peyğəmbərindir (onun bölünməsi Allaha və Peyğəmbərinə aiddir). Buna görə də əgər (həqiqi) mö`minsinizsə Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Peyğəmbərinə itaət edin!”
Bu ayədə də xumsun Peyğəmbərə (səlləllahu ələyhi və alihi və səlləm) çatması və Onun göstərişi ilə sərf olunmasına işarə edilmişdir. Təbii ki, Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) olmadığı vaxtda isə başqa Mə`sumlar (ələyhimussalam) bu vəzifəni öz öhdələrinə almışlar.

Bütün bu ayələr ümumilikdə xumsun vacib olmasına dəlalət edir. Bundan əlavə, Mə`sumlardan (ələyhimussalam) bizə yetişən onlarla hədislər də bu məsələnin vacibliyini subuta yetirir. Növbəti bəhsimiz həmin mövzuda, yə`ni xumsun Mə`sumların (ələyhissalam) rəvayətlərində araşdırılmasıdır.

[5]Ənfal surəsi, 41-ci ayə

MƏ`SUMLAR (ƏLƏYHİMUSSALAM) XUMS BARƏSİNDƏ

İmam Sadiq (ələyhissalam) buyurmuşdur:

“İlk dəfə öz malının xumsunu çıxaran şəxs həzrət İbrahim (ələyhissalam) olmuşdur.”[6]

Xums məsələsi İslamdan əvvəl də qanun kimi insanlar arasında icra olunurdu. İslam dini bir çox şeyləri cəmiyyətdə olduğu kimi saxlamış və müsəlmanların məsləhətinə xatir onları vacib etmişdir.

İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm) rəvayət olunur ki, həzrət Əli (ələyhissalam)-a buyurur:

“Ey Əli! Əbdül-Mütəllib cahiliyyət dövründə beş şeyin əsasını qoymuş və İslam da onu təsdiqləmişdir;

1. Ataların arvadlarını övladlarına haram etmişdir;

2. Xəzinə taparkən onun beşdən birini (xumsunu) çıxarıb vermişdir;

3. Həccə gələnlərə yolda su paylamışdır;

4. İnsanın qan bahasını yüz dəvə qərar vermişdir;

5. Kə`bəni yeddi dəfə təvaf etmişdir;”[7]
Qeyd olundu ki, xums ümumiyyətlə İmamın və seyyidlərin payıdır. Bu barədə imam Sadiq (ələyhissalam) buyurur:

“Qiyamət günü insanın ən çətin halı o vaxtdır ki, xums sahibi (xumsu alan) Allah dərgahında dayanıb xumsun ona çatmamasından şikayətlənsin!”[8]
İmam Sadiq (ələyhissalam) xumsu verilməyən malın istifadəsi barəsində buyurur:

“Heç kəs xumsunu vermədiyi təqdirdə onu öz malına qatıb yeyə bilməz....”[9]

İmam Baqir (ələyhissalam) isə xums barəsində belə buyurur:

“Bizim haqqımızı (xumsu) vermədiyi halda xumsu olan mal ilə bir şey almaq heç kəsə halal deyildir.”[10]

Nəhayət, həmin mövzuda imam Zaman (ə.c)-dan xums məsələsini aydın şəkildə bilib, lakin qəsdən onu verməyənlər barəsində belə bir hədis vardır:

“(Xumsu olan halda və xums məsələsini billə-bilə) Bizim haqqımızı (halal sayıb, icazəmiz olmadan) öz mallarına qatıb yeyənlərə Allahın, mələklərin və bütün insanların lə`nəti olsun!” [11]

Xums məsələsi İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) zamanından bəri olmuş və tarix boyu mə`sum İmamların (ələyhimussalam) vasitəsilə toplanaraq öz sahiblərinə çatdırılmışdır. İmam Zamanın (ə.c) qeybə çəkilmaəsindən sonra bu iş İmamın xüsusi vəkillərinə, daha sonra isə ədalətli din alimlərinə və müctehidlərə tapşırılmışdır.

Bütün bu rəvayətlər tam aşkarlığı ilə dəlalət edir ki, xums heç bir şəkk-şübhə olmadan hər bir müsəlmana vacibdir. Doğrudur ola bilsin müəyyən şəraitə görə bə`ziləri bu vacib əməli yerinə yetirə bilməsin, lakin məsələni tam aydınlığı ilə dərk etdikdən sonra ona əməl etmək hər bir müsəlmanın borcudur. Bu işdən boyun qaçırmaq isə şeytanın tələsinə düşüb Qiyamət günündə Allah dərgahında üzü qara olmaq deməkdir.

Allaha and veririk Öz izzəti-cəlalına ki, bizi şeytanın vəsvəsələrindən qorusun!

DİQQƏT OLUNMALI BİR MƏSƏLƏ!

Xumsun vacib olması heç kimin onu qəbul edib-etməməsindən asılı deyil. Allah Öz hökmünü verdikdə heç kimlə məsləhətləşmir. Bizik ki, öz xeyir və zərərimizin nədə olduğunu dəqiq bilmirik və həmişə Allaha möhtacıq.

Başqa məsələ də bundan ibarətdir ki, xums və zəkat kimi vergilərin İslamda vacib olması bu mə`naya deyil ki, Allahın bunlara ehtiyacı vardır. Ona görə ki, bütün məxluqların ruzisini Allah-taala verir və onların heç birinə də ehtiyacı yoxdur. Bu barədə bir neçə ayəni nəzərdən keçirmək yerinə düşərdi.

1. “Allah ehtiyacsız və həlimdir!”[12]

2. “Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. O, hər cür şükrə, tə`rifə layiqdir!”[13]

3. “Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!”[14]

4. “Allah sizə əsla möhtac deyildir!”[15]

5. “Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir və hər cür şükrə, tə`rifə layiqdir!”[16]

6. “Allah zəngin, siz isə yoxsulsunuz. Əgər Ondan üz döndərsəniz (sizi yox edib) yerinizə sizlər kimi olmayan (Allaha cani-dildən ibadət və itaət edən) başqa bir qövm gətirər!”[17]

Bütün bu ayələr və bunlar kimi onlarla ayələrdən belə mə`lum olur ki, xums və zəkat vermək yalnız, insanın özünün xeyirinədir. Allahın heç bir şeyə ehtiyacı yoxdur. Lakin hər bir ibadətdə olduğu kimi Allah-taala müsəlmanın imanının dərəcəsini və Allaha olan məhəbbətini yoxlamaqdan (və ya ona göstərməkdən və təkamülə çatdırmaqdan) ötrü insanın malı ilə də onu imtahana çəkir. Əgər o bu imtahandan üzü ağ çıxsa, Allah da müqabilində onun qəlbində imanını artırar və ona Öz xüsusi mə`nəvi və maddi rəhmət və bərəkətini əta edər.

Bə`ziləri belə fikirləşirlər ki, əgər xums versələr mallarından azalar və fəqirləşərlər. Halbuki bu fikir şeytanın vəsvəsələridir və müsəlmanı Allah əmrindən çıxarmaq istəyir. Müsəlmanlar bilməlidirlər ki, əgər Allah istəsə bir an içində insanın bütün mal-dövlətini heç edər. Həmçinin, təcrübə ilə sabit olunmuşdur ki, xumsunu qəsdən veməyənlər onun on qat artığını hansısa başqa faydasız yerdə sərf edir. Bu məsləyə diqqət yetirmək insanı düzgün tərbiyə edir.

[12]Bəqərə surəsi, 263-cü ayə

[13]Bəqərə surəsi, 267-ci ayə

[14]Ali-İmran surəsi, 97-ci ayə

[15]Zümər surəsi, 7-ci ayə

[16]Fatir surəsi, 15-ci ayə

[17]Məhəmməd surəsi, 38-ci ayə




Belke sen yaddan cixarmisan, unudmusan, qiyamet
Tovbe ele, qayit yola, itirersen axireti.
 
İravaniДата: Среда, 2008-11-26, 10:20 AM | Сообщение # 2

Рядовой
Группа: Проверенные
Сообщений: 14
Репутация: 0
Статус: Offline
Bağışlayan və mehriban Allahın adı ilə
Xums İsalm dininin insanlara vacib etdiyi ən mühüm, yəni dinin davamlı olmasını təmin edən əməllərdən biridir. Allah-təala bütün bəndələrinə - istər varlı və istərsə də kasıb оlsun – bu əмələ eyni dərəcədə yanaşmağı əmr edib. Xumsun vacib olmasının əsas səbəblərindən biri islam ümməti arasında məhrumiyyətlərə düçar olmuş təbəqəyə yаrdıм еtмəklə onların ehtiyaclarını təmin etməkdən ibarətdir. Əgər bu ilahi vəzifəyə əməl olunsa ictimai ədalət bərqərar olub təbəqələr arasında yaranmış boşluğa və ixtilaflara son qoyacaqdır. Təəssüflər olsun ki, bəzən varlı təbəqənin kasıb təbəqəyə zülm etməsi nəticəsində əmələ gələn uçurumlar onları biri digərinə düşmən kimi baxmağa təhrik edir. Insanlar arasında yaranmış bu uçurum sosial bəlaların artmasına zəmin yaradır. Təəssüf ki, мüsəlмаnlаrın əksəriyyəti bu ilahi vacibat haqqında xəbərsiz olduqlarından müsəlman ölkələrində fəqirlik dərəcəsində və ondan da aşağı səviyyədə yaşayanlar Аvropa dövlətləri ilə muqayisədə olduqca çoxdur.
Muqəddəs islam dininə görə hər bir insana vacibdir ki, malından bir miqdar fiqh kitablarında göstərilmiş qaydalara uyğun olduğu halda xums kimi ödəsin. Çünki bu Allah-təala tərəfindən əmr olunmuş ilahi vacibatdır.
Qurani-kərimdə bu məsələyə dair ən möhkəm dəlil Ənfal surəsinin 41-ci ayəsidir: “Agah olun! Ələ gətirdiyiniz hər bir qənimətin beşdə biri (xumsu) Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, miskinlərin və pulu qurtarıb yolda qalan yolçularındır. Əgər doğrudan da siz Allaha, haqqı batildən ayırdığımız gün, iki dəstənin qarşılaşdığı gün bəndəmizə nazil etdiyimiz hökümlərə iman gətirmisiniz. Allah hər şeyə qadirdir!”
Mərhum Əllamə Təbətəbai ayəni təfsir edərkən xumsun nə qədər mühüm olduğunu sübuta yetirmək üçün Əli ibn Məhziyardan bu hədisi nəql edib:“Əli ibn Raşid mənim üçün nəql edib ki, İmamın (ə) yanına getdim və dedim ki, Siz haqqınızı möminlərdən almaq haqda mənə əmr etdiniz. Mən də bu haqda möminlərə xəbər verdim. Onların bəziləri sizin haqqınızın hansı şeylərdə olduğu haqda məndən sual edəndə mən onlara cavab verə bilmədim.
Imam (ə) buyurdu: Xums onlara vacibdir.
Soruşdum: Hansı şeylərin xumsunu verməlidirlər?
Imam buyurdu: Mallarının və bağlarının xumsunu vermək onlara vacibdir.
Soruşdum: Tacir və sənətkarlar da gərək xums versinlər?
İmam buyurdu: Əlbəttə, ehtiyaclarını təmin edib sonra xums verməyə qadir olduqları halda verməlidirlər.
Mərhum Əllamə bu rəvayəti nəql edəndən sonra deyir: Bu haqda məsum imamlardan bizə yetişən hədislər mutəvatirdir (yəni мötəbərdir). Bu hədislər xumsun Allaha Peyğəmbərə və Əhli beytdən olan məsum imamlara, Peyğəmbər nəslindən olan seyyidlərin yetimlərinə və yolda qalmışlarına, еləcə də fəqirlərinə məxsus olduğuna dəlalət edir. Onlardan başqalarına xums verilməz. Xums ancaq müharibələrdə əldə olunan qənimətlərdən alınmır. Xumsun luğəti mənası beşdə bir hissə deməkdir. Amma fiqh istilahında əkinçilik, sənaye, ticarət , ixtira və sair muəssisələrdə işləmək vasitəsilə ələ gələn qazancın beşdə bir hissəsini ilahi vəzifə kimi ödəməyə deyilir.
Xums İmama və Rəsulullahın (s) nəslindən olan seyyidlərə verilir. Amma İmamın qeybət dövründə müctəhidə təhvil verilməlidir. Çünki İmamın qeybət dövründə müctəhid imamın naibi vəzifəsini yerinə yetirir. Beytul malın hifz olunub lazımı yerlərdə xərclənməsinə cavabdeh onlardırlar. Müqəddəs şəriət sahibi mal sahibinə bütün il boyu malından istifadə etməyə icazə verib. Ilin axırında qazancından artıq qalmış malın beşdə birini verməyi vacib edib. Xums ayəsi Peyğəmbərin əsrində nazil olub və bu vacibata əməl olunub. Heç şübhə yoxdur ki, Rəsulullah (s) müharibələrdə əldə olunmuş qənimətlərdən xumsu alıb. Ticarətdə əldə olunmuş qazancın xumsu muəyyən məsləhətlərə əsasən imamların zamanına qədər təxirə salındı. Amma imamların zamanında xumsun ödənilməsində heç bir şübhə yoxdur.
Bəli xums İlahi vacibatlardan biridir və Allah-təala Qurani-kərimdə onu cihadla yanaşı zikr edib. Bu iki vacibatın (xums və cihad) Qurani-kərimdə yanaşı zikr olunması onların eyni dərəcədə əhəmiyyətli olduqlarından xəbər verir. Məsum imamlar bu iki əməli imanın nişanələrindən olduğunu elan ediblər. Çünki mala olan hərisliyi qəlbdən çıxarmaqla iman öz təsdiqini tapır. İmanlı insan dərk edir ki, xumsu vacib olmuş maldan istifadə etmək haramdır. Ticarət, xəzinə axtarışı, mə`dən və dəryalarda əldə olunmuş mirvaridlər bütün bunlar qazanc məfhumu altına daxil olan faydalardır. Məsum imamlardan nəql olunmuş hədislərdə deyilir ki, Xums Allah-təala tərəfindən Peyğəmbər əhli-beytinə ilahi bir mərhəmətdir. Bununla da onlara zəkat və sədəqəni haram etmişdir. Deməli hər kəs xümsu verməkdən imtina edirsə əslində o daxilində Rəsulullahın əhli beytinə qrşı kinəsinin olduğunu izhar etmiş olur.
İmam Sadiq (ə) buyurub: “Qiyamətin günündə bəndənin ən ağır vəziyyəti o zaman olacaq ki, xums sahibi Allaha onun haqqını vermədiyindən şikayət edib deyəcək: İlahi bu adam Sənin mənim üçün onun malında vacib etdiyin haqqımı vermədi. İlahi bu gün mənim intiqamımı ondan al”(Səfinətul-bihar 1/428)
Əbu Səid Xidri nəql edib: “Biz Rəsulullah (s) ilə bir nəfəri dəfn etməyə hazırlaşırdıq. Meyyitə namaz qılan zaman Rəsulullah soruşdu: Bu şəxsin kiməsə borcu varmı? Dəfndə iştirak edənlərdən bəziləri dedilər: Bəli ya Rəsuləllah (s) o iki dirhəm borclu idi. Rəsulullah ona namaz qılmadı və buyurdu: Siz ona namaz qılın. Həzrət Əli (ə) Rəsulullaha ərz etdi ki, ya Rəsuləllah (s) mən onun borcunu ödəməyi öhdəmə götürürəm. Sonra Rəsulullah (s) ayağa durub ona namaz qıldı. Namazdan sonra Rəsulullah (s) mübarək üzünü Əliyə tutub dedi: Allah sənə İslamdan ən böyük mükafat versin və səni bütün borclarından azad etsin, necə ki, sən mömin qardaşını azad etdin!”(Vəsailuşşiə 13/151 bab 3 hədis 2)
Xums dinin zəruri məsələlərindəndir. Bu ilahi vacibatı inkar edən kafirdir. Qurani-kərimdə və Rəsulullahdan nəql olunmuş hədislərdə onu ödəməyə ciddi surətdə tə`kid olunub. Hər kəs xumsu ödəməkdən imtina etsə və hətta əgər bir dirhəm xumsda səhlənkarlıq göstərsə Rəsulullaha və onun pak əhli-beytinə zülm edib onların haqını qəsb edənlərin zümrəsindən sаyılаcаq. Xumsu özünə halal edən kafirdir.
Muhəmməd ibn Zeyd Təbəri nəql edib: “İmam Əbul Həsən Əli ibn Musa Rzanın (ə) şiələrindən biri ona məktub yazıb xumsdan özünə xərcləmək haqqında icazə istəyirdi.
Əli ibn Musa Rza cavabında ona yazdı: Bismillahirrəhmanirrəhim! Həqiqətən Allah kərim və ruzu verəndir. Hər bir əməlin müqabilində savab verməyə söz verib. Hər çətinlikdən sonra rahatlığın olacağına zamin olub. Mal yalnız Allahın icazə verdiyi yoldan halal olar. Xums dinimizə və ailəmizə köməkdir. Biz xumsu mənimsəyəcək adamlara etibar etmirik. Haqqımızı bizdən almayın. Sizə vacib olmuş haqqımızı verməməklə özünüzü bizim duamızdan məhrum etməyin. Çünki xümsun verilməsi ruziniz üçün açar, günahlarınızdan pak olmaq üçün vasitədir. Xums qiyamətin günü üçün hazırladığınz azuqədir. Həqiqətən müsəlman Allah ilə bağladığı əhdinə vəfa edər. Dildə təsdiq edib, amma qəlbdə müxalif olan müsəlman deyil. Vəssəlam!”
Muhəmməd ibn Zeyd nəql edib: “Xorasan əhlindən bir dəstə İmam Rzanın (ə) xidmətinə gəldilər. Onlar İmam Rzadan (ə) xahiş etdilər ki, xumsu onlara halal etsin və bununla onlar xums verməkdən azad olsunlar.
İmam Rza (ə) buyurdu: “Halal etmirəm, halal etmirəm. Sizin heç birinizə halal deyil. Siz dildə bizə dost olduğunuza etiraf edirsiniz, amma Allahın bizim üçün təyin etdiyi haqqımızı ələ keçirməyə çalışırsınız. Heç vaxt heç vaxt sizlərdən kiməsə bu haqqımızı halal etmərik!”
Əbu Bəsir İmam Muhəmməd Təqidən (ə) nəql edib: “Hər kəs Allahın icazə vermədiyi xumsdan bir şey alsa aldığı ona halal deyildir.”
Əbu Hüseyn Muhəmməd ibn Cəfər Əsədi nəql edib: “Şeyx Əbu Cəfər Muhəmməd ibn Osman Öməri İmam Zamanа (ə) yazdığım sualın cavabında mənə yazmışdı: “Sən haqqımızı icazəsiz istifadə edib onu özünə halal edən şəxs haqqında soruşmusdun, bunu bil ki, icazəmiz olmadan bizim haqqımızdan istifadə etməsi haramdır. Hər kəs bu işi görsə məlundur və onlar bizim düşmənlərimizdir. Çünki Rəsulullah (s) buyurub: Allahın Əhli-beytim üçün ayırdığı haqqı özünə halal bilən kəs Mənim və bütün peyğəmbərlərin dilində məlundur. Hər kəs haqqımızı verməməklə zülm etsə o bizə zülm edənlərin zümrəsindədir. Allahın lənəti ona layiqdir. Çünki Allah-təala buyurub: “Agah olun! Allahın lənəti olsun zalımlara!”
İshaq ibn Əmmar nəql edib: “İmam Sadiq (ə) həmişə deyirdi: Хums əhli xumsdan icazəsiz özünə bir şey alan bəndəni bağışlamasa, onun üzrü Allah yanında qəbul olmaz. Baxmayaraq ki, deyə bilər ki, ilahi bunu öz malımla almışam”. (Vəsailuşşiə, əbvab ənfal, bab 3, hədis 2,3,4,6, 7,11)
Həzrət Əmirulmuminin (ə) Nəhcul bəlağənin 199-cu xutbəsində buyurub: “Allah musəlmanlar üçün zəkat ilə namazı bir yerdə Onun dərgahına yaxınlıq vasitəsi qərar verilib. Hər kəs zəkatı səmimi qəlblə versə, bu əməl onun günahlarının kəffarəsi olub odundan onu qoruyacaq. Heç kəs Allah yolunda verdiyi şeyə görə narahat olmasın, verdiyi mala görə təəssüflənməsin. Çünki hər kəs ürəksiz və ikrahla Allah yolunda bir şey verirsə, əslində o adam Rəsulullahın sünnətindən cahildir. Heç bir əcrə layiq deyil və əməli zay olaraq uzun müddət peşiman qalacaq”
Qeyd etmək lazımdır ki, namaz Allah ilə bəndə arasında rabitədir və hər kəs bu ilahi əmrdən bixəbərdirsə deməli onunla Rəbbi arasında heç bir əlaqə mövcud deyil. Yalnız bu rabitə nəticəsində bəndə İlahi rəhmətə nail olur. Bədbəxt insan o kəslərdir ki, rəbbi ilə heç bir rabitəsi yoxdur. Amma zəkat insanın sair bəndərlə olan əlaqəsinin təzahurüdür. Əslində sair bəndələrlə olan əlaqə də Allahla olan əlaqə sayılır. Çünki Allahlа əlaqə o zaman isbat olur ki, möminin sair bəndələrlə olan əlaqəsi möhkəm olsun вə Allah bəndələrinin çətinliklərindən xəbərdar olub onlarla həmdərd olduğunu əмəldə təsdiq еtsin, imkan daxilində ehtiyacı olanlara kömək göstərsin. Bunun üçün də Allahlа olan rabitənin ən bariz nişanəsi vacib zəkatı verməkdir. Əbəs deyil ki, Qurani-kərimdə 27 ayədə namaz ilə zəkat birgə zikr olunub. Bu da onu göstərir ki, bu iki əməl hər bir fərdin və cəmiyyətin səadətini təmin etməkdə son dərəcə mühüm rol oynayır. Digər tərəfdən, hər bir cəmiyyətdə ən dəhşətli faciə təbəqələr arasinda uçurumun yaranмаsıdır. Cəmiyyətin bir təbəqəsi tam rifah halında, digər təbəqəsi tam ehtiyac içində yаşаyаrsа orada heç bir əmin-amanlıqdan söhbət ola bilməz. Bütün bu fəlakətin qarşısını almaq üçün Allah-təala buyurur: “Malınızdan Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq edənləri sevir” (Bəqərə, 195)
Əmirulmuminin Əlinin (ə) bir kəlamında bu nöqtəyə çox zərif və dəqiq şəkildə işarə olunub: “Sərmayə və mal sahibləri cəmiyyətin məhrum təbəqəsinə kömək etməkdən imtina edib paxıllıq göstərsələr, onda məhrum təbəqə də axrətini dünyaya satacaq”
Yəni cəmiyyətdə təbəqələr arasında ixtilafın şiddətlənməsinə səbəb olacaq. Məhrum təbəqə öz ehtiyacını təmin etmək üçün cinayət əl atacaq və bəzən də qiyamların başlanmasına impuls verəcək. Iмам Əlinin (ə) buyurduğu kəlamdan məlum olur ki, zəkatın qəbul olmasının ilkin şərti onu səmimi qəlbdən və rəğbətlə verilməsidir. Deməli hər kəs bu iki şərtlə zəkatı Allah yolunda versə iki ən mühüm nəticəyə yetişmiş olar. 1- Bəndənin keçmiş günahlarının bağışlanmasına səbəb olur. 2- Verilmiş zəkatın cəhənnəm odunun müqbilində sahibi üçün qoruyucu pərdəyə çevrilir.
Əgər bəndə zəkatı ikrahla versə və malına olan məhəbbəti qəlbindən çıxara bilməsə o adam vəzifəsinə əməl edib, amma zəkatın ruhani, mənəvi və əxlaqi bərəkətinə nail olmaz.
Rəsulullah (s) buyurub: “Möminin durduğu yerdən başqa bütün Qiyamətin səhrası od içində olar. Çünki onun verdiyi sədəqə (vacibi zəkat) onun üstünə kölgə salar” (Kafi, 4/3 hədis 6)
İnsanlar iki dəstədirlər. Onlardan bir dəstə zəkatı və sair sədəqəni ürəklə verirlər. Onlar bu əməllərindən həzz alırlar və istəkləri də yalnız Allahın razılığını qazanmaqdır. Onlar verdikləri zəkat və sədəqənin müqabilində heç kəsdən təşəkkür və əcr gözləmirlər. Yalnız İlahi rəhmətə göz dikirlər. “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik” (Dəhr, ayə 9).
Həqiqi mömin malının bərəkətli və daha da artması naminə zəkat və ya sədəqə verməməlidir. Bu işi yalnız Allahın razılığını qazanmaq üçün etməlidir. Çünki Allah-təala onsuz da özünün rəhmət qapılarını onun üzünə açacaq. Bəndənin əməlini qiymətləndirəcək. Rəsulullahdan (s) nəql olunmuş çoxlu hədislərdə maddi çətinlikləri aradan qaldırmaq üçün ən yaxşı və səmərəli yolun sədəqənin olduğu göstərilib. Yəni insan Allah yolunda bir şey verəndə bunu yəqinən bilməlidir ki, Allah-təala onun verdiyindən artıq ona qaytaracaq. Heç də belə deyil ki, bəndə ürəksiz və ikrahla Allah yolunda bir şey versin, amma əvəzində Allahın verdiyindən üsün şey tələb etsin.
Amma ikinci qisм insаnlаr çox çətinliklə Allah yolunda zəkat və ya sədəqə verməyə razılaşırlar. Bu iş onlar üçün can verməkdən də ağır olur. Onlar verdikləri mala görə daim nigəran olurlar. Bəzən də verdiklərini tez-tez xatılayıb təəssüflənirlər. Onlar zəkatı verməkdə məcbur olduqları üçün könülsüz bu addımı atırlar. Çünki bəzən də onları zəkat verməyə məcbur edən ətrafdakıların baxışları və tənələri olur ki, naçar zəkatı verməyə razılaşırlar. Qurani-kərim munafiqlər haqqında buyurur ki, əgər onlar Allah yolunda bir sədəqə versələr onu ürəksiz və ikahla verərlər. Ona görə də onların əməlləri Allah dərgahında qəbul olmaz. “Onların Allah yolunda verdikləri xərclərin qəbul olmasına mane olan yalnız Allaha və Onun Peyğəmbərinə qarşı kafir olmaları, namazı könülsüz qılıb ikrah hissi ilə mallarından xərcləmələridir” (Tövbə, ayə 54)
Əksər insanlar paxıllıq və hərislik kimi rəzil sifətlərə malikdirlər. Həmin sifətlər insanları cürbəcür cinayətlərə və ən azı Allah bəndələrinə qarşı rəhmsiz olmağa təhrik edir. Bu cür rəzil sifətləri yalnız zəkat verməklə müalicə etmək mümkündür.
Buna subut Quran ayəsidir: Ey Peyğəmbər! Onların mallarından sədəqə (zəkat) al! Bununla onları paklayıb təmizləyərsən. Onlara dua et, çünki sənin duan onlar üçün bir asayişdir. Allah eşidən və biləndir. (Tövbə, ayə 103)

Hacı Elman İbadov:
kerrar@mail.ru




Bismillahir Rəhmanir Rəhim
Şükürlər olsun aləmlərin Rəbbinə, Allahın salavat və salamı olsun peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədə və onun pak Əhli-beytinə!
 
wodonagrevДата: Четверг, 2009-06-18, 1:10 AM | Сообщение # 3

Рядовой
Группа: Пользователи
Сообщений: 2
Репутация: 0
Статус: Offline
Очень интересная и полезная тема. Так держать smile

 
Ислам Форум » Vacibat » Xums » XUMS (Xums nədir?)
  • Страница 1 из 1
  • 1
Поиск:

Copyright MyCorp © 2024